...

Dubay-Bakı-Dubay marşrutu üzrə aviareyslərdən biri ləğv olundu

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2013 17:26 (UTC +04:00)
“flydubai” aviaşirkəti tərəfindən həyata keçirlən Dubay-Bakı-Dubay (FZ 705 - FZ 706), marşurutu üzrə hərəkət edə"Flydubai" aviaşirkəti tərəfindən həyata keçirilən Dubay-Bakı-Dubay (FZ 705 - FZ 706) marşrutu üzrə iki aviareysdən biri 1 iyun 2013-cü ilə qədər ləğv olunub.n iki aviareyslərdən biri 1 iyun 2013-cü ilə qədər ləğv olunub.
Dubay-Bakı-Dubay marşrutu üzrə aviareyslərdən biri ləğv olundu

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E.İsmayılov/

"Flydubai" aviaşirkəti tərəfindən həyata keçirilən Dubay-Bakı-Dubay (FZ 705 - FZ 706) marşrutu üzrə iki aviareysdən biri 1 iyun 2013-cü ilə qədər ləğv olunub. Bu barədə çərşənbə axşamı Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Gündüz saatlarında həyata keçirilən aviareys 1 iyun tarixinə qədər ləğv olunub.

"İyunun 1-dək aviaşirkət tərəfindən yalnız səhər saatlarında uçuşlar həyata keçiriləcək", - aeroportdan deyiblər.

Hava limanından aviareysin müvəqqəti ləğv edilmə səbəbini açıqlamayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti