...

"Təmiz Şəhər" məktəblilər üçün məlumat turları təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2013 19:02 (UTC +04:00)
Aprelin 11-də “Təmiz Şəhər” ASC Azərbaycan Beynəlxalq Məktəbinin (TISA) şagirdləri üçün Balaxanı qəsəbəsində yerləşən Bərk məişət tullantılarının yandırılması zavoduna məlumat turu təşkil edib.
"Təmiz Şəhər" məktəblilər üçün məlumat turları təşkil edib

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Aprelin 11-də "Təmiz Şəhər" ASC Azərbaycan Beynəlxalq Məktəbinin (TISA) şagirdləri üçün Balaxanı qəsəbəsində yerləşən Bərk məişət tullantılarının yandırılması zavoduna məlumat turu təşkil edib.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, turların keçirilməsində məqsəd uşaqların diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək və az istifadə, təkrar istifadə, çeşidləmə sahəsində uşaqların biliklərini artırmaqdır.

Məktəblilər Bakı Bərk məişət tullantılarının yandırılması zavoduna səfər zamanı zavodun fəaliyyəti haqqında film izlədikdən sonra idarəetmə otağında şüşə arxasından və onlayn monitorlar vasitəsilə tullantıların yandırılması prosesini müşahidə edib, tullantıların enerji əldə olunması prosesi haqqında məktəblilərə məlumat verilib. "Təmiz Şəhər" ASC-nin nümayəndəsi tur iştirakçılarına tullantıların çeşidlənməsinin faydaları, sonrakı mərhələdə isə tullantıların təkrar emalı və zərərsizləşdirilməsi prosesini ətraflı izah edilib.

Qeyd edək ki, tullantıların idarə olunması sahəsində görülən işlər haqqında əhalinin məlumatlandırılması məqsədilə məlumat turlarının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub. Turlarda iştirak etmək istəyən hər kəs [email protected] ünvanına məktub göndərə və ya +994124644111 telefonu ilə əlaqə saxlaya bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti