...

Yenilənmiş "MilliKart"(FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2013 11:51 (UTC +04:00)
“MilliKart” son altı ay ərzində maraqlı, həyacanlı və şirkət üçün həyati əhəmiyyət kəsb edən rebredinq prosesindən keçmişdir. Rebrendinqin nəticələrini “MilliKart” bu gün Kempinski Badamdar hotelində öz auditoriyasına təqdim edib.
Yenilənmiş "MilliKart"(FOTO)

Azərbaycan, Bakı, 24 may /Trend/

"MilliKart" son altı ay ərzində maraqlı, həyacanlı və şirkət üçün həyati əhəmiyyət kəsb edən rebredinq prosesindən keçmişdir. Rebrendinqin nəticələrini "MilliKart" bu gün Kempinski Badamdar hotelində öz auditoriyasına təqdim edib.

Tədbirdə respublikamızın Mərkəzi Bankının və digər rəsmi strukturların, bank və pərakəndə sektorlarının nümayəndələri, sığorta şirkətləri və digər texnoloji təşkilatlar iştirak edirdilər. Şirkətin tamamilə yenilənmiş brend imici, brend dəyərləri, fəaliyyət istiqamətləri, yeni məhsullar toplusu böyük müvəfəqiyyətlə təqdim olunmuşdur. Ana brend "MilliKart Group" altında birləşmiş üç əsas fəaliyyət istiqaməti diqqəti çəkmişdir - M+assist, M+money və M+thinking.

Tədbirdə Mərkəzi Bankın Ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin direktoru Kəmalə Qurbanova qeyd edib ki, bu gün Azərbaycan plastik kart istifadəsi üzrə liderlər arasındadır, lakin göstərici mövcud potensiala cavab vermir. O, nağdsız ödəniş sisteminin inkişafının ölkənin iqtisadi inkişafında mühüm rol oynadığını vurğuladı.

Şirkətin icraçı direktoru Calal Orucov, öz növbəsində maraqlı və tamamilə yeni formatda çıxış edərək qeyd edib: "Sürətlə inkişaf edən mühitdə öndə olmağa qərar verdik. Çünki həvəs və enerji ilə dolu olan dinamik, zirək və ağıllı şirkət olaraq buna layiqik. Gələcək bazar ehtiyaclarını yaradıb irəli sürmək üçün hər imkanımız var - davranışımızı, ünsiyyət tərzimizi və özümüzü başqalarına təqdim etmə üsulumuzu tamamən dəyişdirdik. Artıq insanların müzakirə etdiyi və bir hissəsi olmaq istədikləri bir biznes olduq."

Xatırladmaq istəyirik ki, "MilliKart" öz fəaliyyətini kart emalı mərkəzi kimi başlamışdır. Zamanla, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) daxil olmaqla 18 bankdan ibarət sabit səhmdar strukturlu məhdud məsuliyyətli cəmiyyətə çevrilmişdir. "MilliKart" tərəfindən göstərilən əsas xidmətlər ödəniş kartlarının personalizasiyası, kart ödənişləri üzrə prosessinq xidmətlərinin göstərilməsi, kart ödənişlərinin təhlükəsizliyinin təmin edilməsi, kart hesablarının dəstəklənməsi, bankomat, POS-terminal və digər avadanlıqların fəaliyyətinin təmin olunması, PİN-zərflərin çapı, kart ödənişlərinin bankomat, POS-terminal və digər avadanlıqlar vasitəsi ilə qəbulunun təmin olunması, müştərilərə 7 gün 24 saat ərzində "Call Center" xidmətinin göstərilməsi və digər xidmətlərdən ibarətdir. Bu fəaliyyətlərlə yanaşı "MilliKart" İT üzrə məsləhət xidmətləri, tədris proqramları, layihələrin idarə olunması, proqram təminatının hazırlanması və iteqrasiyası kimi sahələrdə aktivlik göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti