...

Azərbaycanın iri holdinqlərindən biri ciddi kapitallaşmaya başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2013 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir A. Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "AtaHoldinq" ASC-nin 38,85 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü QKDK-nin yaydığı məlumatda deyilir.

Məlumata görə, hazırda holdinqin nizamnamə kapitalı 83,9 milyon manat səviyyəsindədir və bununla da yeni emissiyadan sonra holdinqin nizamnamə kapitalı 122,75 milyon manatadək artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti