Azərbaycan, Bakı, 31 may /Trend, müxbir E.Əliyev/
Azərbaycanın "Qiymətli kağızlar haqqında" yeni qanun layihəsi yaxın aylarda baxılması üçün Prezident Administrasiyası və Milli Məclisə təqdim olunacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib.
Aslanlı qeyd edib: "Biz diqqətimizi bu qanun layihəsinin parlamentin payız, ən geci isə yaz sessiyasında baxılmasına cəmləşdirmişik".
Dövlət Komitəsi sədrinin sözlərinə görə, bu qanun layihəsi ölkə üçün çox vacibdir: "Bu qanun Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına, bu bazarın iştirakçılarının hüquqlarının və qiymətli kağızlarla bağlı sövdələşmələrin hüquqi qiymətləndirilməsinin təminatına yönəldilib".