...

"Forex4you" şirkətinə aktivlərin idarə edilməsi fəaliyyətinin dayandırılması barədə göstəriş verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2013 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində "Forex4you" şirkətinin Bakı şəhəri, Qoqol küçəsi, 11 ünvanında yerləşən nümayəndəliyi tərəfindən müvafiq icazə alınmadan aktivlərin idarə edilməsi fəaliyyəti üzrə xidmətlərin təklif edilməsi müəyyən olunub və həmin fəaliyyətin dayandırılması barədə göstəriş verilib.

Komitənin İctimayyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, QKDK "Forex4you" şirkəti tərəfindən həyata keçirilən aktivlərin idarə edilməsi fəaliyyətinin qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu şirkətlə bağlı əməliyyatlarda diqqətli olmağa dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti