...

"Bank of Baku" bölgələrdə filial şəbəkəsini genişləndirir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2013 15:08 (UTC +04:00)
Azərbaycanın regionlarında artan müştəri kütləsinə çevik xidmət göstərmək məqsədi ilə "Bank of Baku"nun Şirvan şəhərində (keçmiş Əli Bayramlı) eyniadlı filialı fəaliyyətə başlayıb.
"Bank of Baku" bölgələrdə filial şəbəkəsini genişləndirir (FOTO)

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Azərbaycanın regionlarında artan müştəri kütləsinə çevik xidmət göstərmək məqsədi ilə "Bank of Baku"nun Şirvan şəhərində (keçmiş Əli Bayramlı) eyniadlı filialı fəaliyyətə başlayıb. Bu barədə bazar ertəsi Trend-ə bankdan məlumat verilib.

Yeni filialın açılışı münasibətilə "Bank of Baku"nun baş direktoru Fərid Əlizadə bildirib ki, bankın cari ilin əvvəlində qəbul etdiyi İnkişaf Planında regional filial şəbəkəsinin inkişafına xüsusi önəm verilir: "Şirvan şəhərindəki filialımız bütün bank xidmət və məhsullarını təklif edir və özünün texniki təchizatı və rahatlığı baxımından ən yüksək standartlara malikdir. Biz şadıq ki, yeni iş yerlərinin yaradılması və bölgə iqtisadiyyatının inkişafına töhfəmizi verə bilirik".

"Bank of Baku"nun yeni filialı bankın sayca artıq 21-ci filialıdır. "Şirvan" filialı M.Rəsulzadə küçəsi, 33 ünvanında yerləşir və bazar ertəsindən şənbə gününə kimi saat 09:00-dan 17:00-dək müştərilərə bütün növ bank xidmətləri göstərir. Fasilə: 13:00-14:00

"Bank of Baku"nun filial şəbəkəsi barədə ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür: http://www.bankofbaku.com/az/network-of-offices/branches.html

"Bank of Baku"nun xidmət və məhsulları ilə yaxından tanış olmaq üçün bankın Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti