...

"Unibank" gənc sahibkarları dəstəklədi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2013 20:44 (UTC +04:00)
Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Bakıda ilk dəfə keçirilən qlobal formatlı "Start-up Weekend" tədbirin məqsədi, bu yarışmada iştirak edən hər bir komandanın üç gün ərzində öz layihələrini tam formalaşdıraraq, işlək halda təqdim etməsi idi.
"Unibank" gənc sahibkarları dəstəklədi (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend/

"Unibank" daha bir beynəlxalq tədbirə dəstək verib. Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Bakıda ilk dəfə keçirilən qlobal formatlı "Start-up Weekend" tədbirin məqsədi, bu yarışmada iştirak edən hər bir komandanın üç gün ərzində öz layihələrini tam formalaşdıraraq, işlək halda təqdim etməsi idi.

Tədbir çərçivəsində innovativ texniologiyalara əsaslanaraq sahibkarlar, start-up müəllifləri, marketoloqlar, dizaynerlər və proqramçılar komandalarda bir araya gələrək start-up-larla münsiflər qarşısında təqdimatlar ediblər.

Qeyd edək ki, Start-up Weekend biznes dünyasında çox məhşur layihələrdəndir. 2007-ci ildən başlayaraq 107-dən çox ölkədə keçirilən bu formatlı tədbirlərə ümumi olaraq 100 000-dən artıq sahibkar cəlb edilib. Məqsəd sahibkarları maarifləndirmək və həvəsləndirmək, onlara start-up-ların yaradılmasında zəruri motivasiya və bilgiləri təqdim etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti