...

Bakı-Tbilisi-Qars dəmiryolu 2014-cü ilin sonuna kimi tam istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2013 12:31 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmiryolu xətti 2014-cü ilin sonuna kimi tam istifadəyə veriləcək.
Bakı-Tbilisi-Qars dəmiryolu 2014-cü ilin sonuna kimi tam istismara veriləcək

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.İsmaylov/

Bakı-Tbilisi-Qars dəmiryolu xətti 2014-cü ilin sonuna kimi tam istifadəyə veriləcək.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərinin müavini Qurban Nəzirov bildirib:

"Hazırda layihə çərçivəsində bütün işlər nəzərdə tutulan qrafik üzrə aparılır və 2013-cü ilin sonuna kimi tikinti işlərinin tamamilə bitirilməsi nəzərdə tutulub. 2014-cü il ərzində isə təşkilatı işlər və inzibati məsələlər həll olunacaq".

Nəzirov layihənin həyata keçirilməsində kiçik ləngimələri Gürcüstan-Türkiyə sərhədində tunel tikintisi zamanı bir sıra texniki və inzibati məsələlərin həll edilməsi ilə izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti