...

"AtaTravel" MMC-dən xüsusi təklif

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2013 16:39 (UTC +04:00)
“AtaTravel” MMC turizm agentliyi Macarıstana cəmi 220 manata Macarıstana turist səfəri təklif edir.
"AtaTravel" MMC-dən xüsusi təklif

Azərbaycan, Bakı, 12 iyul /Trend/

"AtaTravel" MMC turizm agentliyi Macarıstana cəmi 220 manata Macarıstana turist səfəri təklif edir.

Turizm mövsümünün ən pik vaxtında bizim turistlər Budapeştdə olmaq imkanı əldə edəcəklər. Turun qiymətinə Bakı-Budapeşt-Bakı aviauçuşu, Macarıstanın paytaxtında yerləşən "Medos" otelində bir dəfə səhər yeməyi daxil olmaqla üç gecə və dörd gün qalmaq, Budapeştin gəzməli yerlərinə bir günlük ekskursiya daxildir.

"AtaTravel" şirkətinin baş direktoru Vüsal Əliyev qeyd etmişdir ki, bu təklif "Wizz Air" aviaşirkətinin Bakı-Budapeşt-Bakı birbaşa aviareysi açıldıqdan sonra bizim turistlərin Macarıstana artan marağından irəli gələrək işlənib hazırlanmışdır: "Biz əminik ki, Azərbaycan turistləri Macarıstana turun keyfiyyətindən razı qalacaq, belə ki, bizim tərəfdaşımız və qəbul edən tərəf qabaqcıl macar tur-operatoru "1000 Yoldur".

Məlumdur ki, turizm Macarıstan iqtisadiyyatının əsas hissələrindən biridir. Bənzərsiz paytaxt-kurort Budapeşt, qonaqpərvərlik, minillik mədəniyyət, məsum təbiət, şəfalı sular, musiqi və xalq yaradıcılığı, Balaton gölü, tarixi abidələr, aktiv istirahət, macar mətbəxi, yaxşı alış-veriş - Macarıstan turizm sənayesinin başlıca tərkib hissələridir.

"AtaHolding" ASC Şirkətlər Qrupuna daxil olan "AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilmişdir. "AtaTravel" MMC turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təqdim edir. Şirkət öz müştərilərinə otellərin, transferlərin, təyyarə biletlərinin və turların, sığorta və vizaların verilməsi üzrə xidmətlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti