...

İnfiniti-dən yeni ailə krossoveri – İnfiniti JX (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2013 13:24 (UTC +04:00)
İnfiniti JX lüks seqmentində ailəvi avtomobil seqmentində ilk addımını atdı. 2011-ci ildə tədim olunmuş bu avtomobil əsasən Şimali Amerika bazarına hədəflənib.
İnfiniti-dən yeni ailə krossoveri – İnfiniti JX (FOTO)

İnfiniti JX lüks seqmentində ailəvi avtomobil seqmentində ilk addımını atdı. 2011-ci ildə tədim olunmuş bu avtomobil əsasən Şimali Amerika bazarına hədəflənib. Avtomobil hazırlanankən salonun erqonomikasına, həmçinin rahat atmosfer və yüksək səviyyəli komfort yaradılmasına xüsusi diqqət ayrılıb.

İnfiniti JX krossoveri 262 at güclü 3.5 l həcmli V6 mühərriki və yüksək keyfiyyəti ilə seçilən CVT (Pilləsiz) transmissiya ilə təchiz edilib.

Modelin dünya premyerası 2011-ci ilin noyabr ayında Lon-Ancejilstdə avtosalonda baş tutub.

Krosssoverin ön hissəsi özündə tanınmış və markaya çevilmiş İnfiniti-nin obrazını vurğulayan çərçivələnmiş optika və kapotun kənar hissəsinin azca şişirdilmiş görünüşü ilə vurğulanıb.

Avtomobil təsiredici ölçülərə malikdir: uzunluğu 4989 mm, eni 1961 mm və hündürlüyü 1742 mm. Avtomobil təkər bazası 2901 mm-dir. Bu JX yaradıcılarına sərnişinlərdən heç birinin özünü diskomfort hiss etməməsi üçün seqmentində ən geniş salonu tətbiq etmək imkanı verdi. Salonda 3 sıra oturacaqlar var, amma bu böyük yük yerinin olmasına mane olmur.

Oturacaqların bel hissəsi azca əyilir ki, bu da sərnişinlərin rahatlığını təmin edir. İkinci sırada uşaq oturacağı yerləşdirilib, lakin onu götürməyə ehtiyac yoxdur. Üçüncü sıra da yetərincə genişdir ki, tənzimlənə bildiyinə görə ora böyük sərnişinlər də rahatlıqla otura bilərlər.

JX Azərbaycan bazarında tamötürücülü AWD modifikasiyasında təklif edilir. Hər Təkərlərdə ventilysıyali əyləcli disklər yerləşdirilib. Standart disklər - diametri 18 düymlük, bütün mövsümlər üçün nəzərdə tutulmuş şinlər 235/65R 18 ölçüsündədir. Bundan əlavə, 20 düymlük (235/55R20 ölçülü şinlər) də siafriş etmək olar.

Əla aerodinamik göstəriciləri sayəsində güclü mühərrikin yanacaq sərfini hiss ediləcək dərəcədə azaltmaq mümkün olmuşdur. 100 km yola JX modeli 12.4 l yanacaq sərf edir.

İstehsalçı JX sahiblərinə təhlükəsizlik sisteminin geniş sırasını təqdim edib. Bura görünməyən sahələrdə maneələrin aşkar edilməsi sistemi, təcili dayanmada assistent və baş verə biləcək toxunmanın xəbərdarlıq sistemi daxildir. Daha bir yenilik isə sürücünün yaxınlaşan maneəyə reaksiya vermədiyi halda müdaxilə edərək avtomobili dayandıran sistemdir. Bundan əlavə, avtomobil 6 təhlükəsizlik yastığı ilə təchiz edilib.

"NURGÜN Motors" şirkəti Azərbaycan bazarında İNFİNİTİ brendinin rəsmi distribütorudur. Şirkət İnfiniti markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. "Nurgün Motors"un salonlardan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. "Nurgün Motors" 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

"Nurgun Motors" müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür.

İNFİNİTİ - BU RUHLANDIRAN PERFORMANSDIR

Əlavə məlumat üçün ünvan və telefonlar:
Ünvanlar: Bakı şəhəri, Babək pr-ti, 31
Tel.: (+99412) 448 17 65
E-mail: [email protected]
Web: www.infiniti-azerbaijan.com
http://www.facebook.com/infinitiazerbaijan

Məqalədə:
Xəbər lenti

Xəbər lenti