Azərbaycan, Bakı, 30 iyul /Trend/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Azərbaycan Beynəlxalq Bankının (AMB) ümumi dəyəri 368,3 milyon manat olan adi, sənədli, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Trend Komitəyə istinadən məlumat verir ki, emissiyanın yerləşdirilməsi 0,24 manat nominalında 1 416 666 675 səhmin 0,26 manat nominallı eyni həcmdə səhmə konvertasiya yolu ilə həyata keçiriləcək.
Emissiyanın yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 8,3 faiz artaraq 340 milyon manatdan 368,3 milyon manata çatacaq.