...

Azərbaycanda istehlaka yararsız məhsullar məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2013 18:21 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakıda və respublikanın bir sıra şəhər və rayonlarında saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Azərbaycanda istehlaka yararsız məhsullar məhv edilib

Azərbaycan, Bakı, 15 avqust /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakıda və respublikanın bir sıra şəhər və rayonlarında saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Bu barədə cümə axşamı Trend-ə nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, ümumilikdə, monitorinqlər zamanı 300 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qeyd olunur ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Məlumatda deyilir ki, istehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti