...

ARDNŞ və “Rosneft” Bakı-Novorossiysk kəməri ilə neftin geri nəqlinə dair danışıqlar aparırlar (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2013 11:43 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Rusiyanın “Rosneft” şirkəti Bakı-Novorossiysk neft kəməri ilə “Urals” markalı neftin geri nəqli ilə bağlı danışıqlar aparırlar.
ARDNŞ və “Rosneft” Bakı-Novorossiysk kəməri ilə neftin geri nəqlinə dair danışıqlar aparırlar (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 19 avqust / Trend müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Rusiyanın "Rosneft" şirkəti Bakı-Novorossiysk neft kəməri ilə "Urals" markalı neftin geri nəqlinə dair danışıqlar aparırlar. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə SOCAR rəhbəri Rövnəq Abdullayev bildirib.

Abdullayevin sözlərinə görə, tərəflər "Urals" markalı neftinn qismən Bakı-Tbilsi-Ceyhan vasitəsilə nəql olunaraq oradan da "Rosneft" şirkətinin pay sahibi olduğu İtaliya və Almaniyada yerləşən NEZ-də (neft emalı zavodu) emalı imkanı haqqında danışıqlar aparırlar.

Həmçinin Bakı-Novorossiysk kəməri vasitəsilə Azərbaycana göndəriləcək neftin bir hissəsinin emal olunması məsələsi də müzakirə edilir.

Abdullayev vurğulayıb ki, ilin sonuna kimi tərəflər danışıqlar və bu əməliyyatların effektivliyinin qiymətləndirməsini aparmaq niyyətindədirlər. Razılığa gəlindiyi təqdirdə bu əməliyyatlar gələn ildən başlaya bilər.

ARDNŞ-in rəhbərinin sözlərinə görə, Bakı-Novorossiysk kəməri ilə neftin nəqli barədə əməliyyatlar və "Rosneft"lə layihənin reallaşdırılması ilə bağlı məsələləri sonuncu özü "Transneft"lə (Rusiyada neft kəmərinin inhisar operatoru) həll edəcək.

ARDNŞ və "Rosneft"in başqa mümkün layihələri haqqında danışan Azərbaycan şirkətinin rəhbəri vurğulayıb ki, tərəflər treydinq əməliyyatları sahəsində layihələrin reallaşdırılmasında maraqlıdırlar.

"Rosneft" xüsusilə ARDNŞ-in Fuceyra (BƏƏ), Ceyhan (Türkiyə), Afrika ölkələri, Sinqapur və digər ölkələrdə ARDNŞ-in neft və neft məhsulları saxlamaq imkanına malik olduğu imkanlara böyük maraq göstərir.

ARDNŞ və "Rosneft"in hasiletmə layihələrində əməkdaşlığına toxunan Abdullayev bildirib ki, hər iki şirkət qarşılıqlı əməkdaşlıqda maraqlıdır. Lakin əsas məsələ iqtisadi məqsəd olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti