Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir E.İsmayılov/
"BİM-Avia" aviaşirkəti tərəfindən həyata keçiriləcək Sankt Peterburq-Qəbələ avirareysinin reallaşdırılmasına bu il sentyabrın 12-dən başlayacaq. Bu barədə Trend-ə açıqlamasında "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti Məhərrəm Səfərli bildirib.
Bu istiqamət üzrə aviareyslərin reallaşdırılması avqustdan başlamalı idi.
Səfərli vurğulayıb: "Aviaşirkət özü uçuşlara başlamaq vaxtını seçmək hüququna malikdir və bu tarix 12 sentyabrdır".
Onun sözlərinə görə, Qəbələdən Sankt-Peterburqa olan aviareyslər cümə axşamları yerli vaxtla saat 12:30-da həyata keçiriləcək.