Azərbaycan, Bakı, 2 sentyabr /Trend/
Sentyabrın 2-də İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Avropa İttifaqının Tvinninq, TAİEX və SİQMA Alətlərinin Proqram İdarəetmə Qurumu tərəfindən "Tvinninq üzrə layihə tərəfdaşlarının seçilməsi" mövzusunda seminar keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə 20-dən çox dövlət qurumunun nümayəndəsi iştirak edib.
Seminar zamanı Avropa İttifaqının Tvinninq aləti çərçivəsində layihə tərəfdaşının seçilməsi sahəsində təcrübə mübadiləsi və müzakirələr aparılıb. Həmçinin, seminarda Avropa İttifaqının texniki yardım üzrə ekspertləri tərəfindən "Tvinninq üzrə layihə tərəfdaşlarının seçilməsi" mövzusunda təqdimat keçirilib, iştirakçılara bu sahədə yeniliklər və prioritetlər barədə ətraflı məlumat verilib.
Seminar sentyabrın 3-də də davam edəcək.