...

İstehlaka yararsız 280 kq-a yaxın ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2013 18:19 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında növbəti monitorinqlər keçirilib.
İstehlaka yararsız 280 kq-a yaxın ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında növbəti monitorinqlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Nəsimi, Qaradağ rayonlarında, Sumqayıt, Şabran şəhərlərində, Şəmkir, Göyçay, Astara rayonlarında aparılan yoxlamalar zamanı 280 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ-texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq məhsulları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti