...

“Bank Technique” iki yeni online-xidmət istifadəyə verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2013 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend /

Bu xidmətlərdən istifadə etməklə müştərilər bankın saytındakı "Şəxsi Kabinet" funksiyası vasitəsilə onlayn depozit yerləşdirə və ya bankdakı bir hesabından digər hesabına vəsait köçürə bilər. Bunun üçün "Şəxsi Kabinet"də qeydiyyatdan keçmək və "Bank Technique"də hesaba malik olmaq kifayətdir. Bu barədə bankdan Trend-ə daxil olan məlumatda bildirilir

"Şəxsi Kabinet"də onlayn depozit yerləşdirmək üçün "Onlayn depozit" bölməsinə daxil olub, buradakı bütün xanaları doldurmaq lazımdır. Qeyd edək ki, depozitin yerləşdirilməsi sifarişi Bank tərəfindən yalnız müştəri hesablarında depozitə yerləşdiriləcək məbləğin kifayət qədər olduğu halda icra edilir. Vəsait kifayət etmədiyi təqdirdə, qeyd olunan hesaba kart vasitəsilə "Hesaba onlayn mədaxil" xidmətindən və ya digər vasitələrdən istifadə edərək lazımi məbləği köçürmək olar.

Müştəriyə Bank tərəfindən yerləşdirdiyi depozit müqabilində, onun məbləğinə mütənasib olaraq, plastik kart və səyahət sığortası hədiyyə olaraq təqdim oluna bilər. Müştəri hazırlanmış plastik kart və səyahət sığortasını Bankdan və ya Bakı, eləcə də Sumqayıt şəhərləri daxilində ünvana çatdırılmaqla da əldə edə bilər.

"Şəxsi Kabinet" funksiyasının daha bir yeniliyi isə onlayn "Hesabdan hesaba köçürmə" xidmətinin istifadəyə verilməsidir. Bu xidmət vasitəsilə müştəri Bankda xidmət olunan ona məxsus və "Şəxsi Kabinet" funksiyası üzrə əlavə edilmiş hesabları arasında köçürmə əməliyyatlarını apara bilər. Köçürmə əməliyyatı müştərinin yalnız cari hesabları arasında və ya cari hesabından kart hesabına aparıla bilər.

Qeyd edək ki, müştəri bu xidmətdən istifadə etdiyi zaman, köçürmə əməliyyatında qeyd olunmuş hesabların valyutası müxtəlif olduğu halda, vəsaitlərin mübadiləsi Bankda həmin günə təsdiq olunmuş məzənnələrə əsasən və 0,3% komisyon haqqı tutulmaqla aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti