...

Əmlak Məsələləri Dövlət Komitəsi pay və səhmlərin idarə edilməsi və özəlləşdirilməsi sahəsində Almaniyanın təcrübəsini öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2013 15:14 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının, müəssisələrdə dövlətə məxsus pay və səhmlərin idarə edilməsi və özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi, müəssisələrin özəlləşdirməqabağı restrukturizasiyası və sağlamlaşdırılması sahələrinin daha da təkmilləşdirilməsi üzrə işləri davam etdirir.
Əmlak Məsələləri Dövlət Komitəsi pay və səhmlərin idarə edilməsi və özəlləşdirilməsi sahəsində Almaniyanın təcrübəsini öyrənir

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının, müəssisələrdə dövlətə məxsus pay və səhmlərin idarə edilməsi və özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi, müəssisələrin özəlləşdirməqabağı restrukturizasiyası və sağlamlaşdırılması sahələrinin daha da təkmilləşdirilməsi üzrə işləri davam etdirir.

Trend-ə komitədən daxil olan məlumatda deyilir ki, bu istiqamətdə səmərəliliyin artırılması, müasir idarəetmə üsullarının tətbiqi ilə bağlı komitə müntəzəm tədbirlər həyata keçirir.

İnkişaf etmiş ölkələrin təcrübələrinin öyrənilməsi, habelə komitə əməkdaşlarının bu sahədə biliklərinin daha da artırılması məqsədi ilə komitənin vəzifə və funksiyalarına aid ayrı-ayrı sahələrdə beynəlxalq qurumlarla əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində işlər aparılır.

Bu istiqamətdə görülən tədbirlərin davamı olaraq, komitə tərəfindən 6 sentyabr 2013-cü il tarixində Bakı şəhərində "Şirkətlərdə dövlətə məxsus payların və səhmlərin idarə edilməsi və özəlləşdirilməsi sahəsində Almaniya təcrübəsi" mövzusunda seminar keçirilib. Tədbir komitənin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Almaniyanın federal dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsinə məsul olan qurumu ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

Seminarda komitənin mərkəzi aparatının və ərazi qurumlarının əməkdaşları iştirak ediblər.

Tədbirdə GİZ-in layihə rəhbəri Vulf Şmider və Almaniyalı ekspert Klaus Helmrath çıxış edərək Almaniyada və digər Avropa ölkələrində şirkətlərdə dövlətə məxsus səhm zərflərinin idarə edilməsinin təşkili, bu sahədə səmərəliliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, dövlətə aid səhm zərflərinin özəlləşdirilməsi mexanizmləri barədə ətraflı məlumat verilmişdir. Tədbirdə qeyd edilən istiqamətlər üzrə Avropada toplanılmış ən yaxşı təcrübələr şərh edilib.

Seminarda şirkətlərdə dövlətə məxsus səhmlərin idarə edilməsi və özəlləşdirilməsi sahəsində Almaniyada və digər Avropa ölkələrində toplanılmış təcrübənin Azərbaycanda tətbiqi imkanları barədə fikir mübadiləsi aparılıb.

Tədbirlərin sonunda iştirakçılara sertifikatlar verilib.
Komitə müvafiq fəaliyyət sahələri üzrə beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində işləri gələcəkdə də davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti