...

«AtaBank» yeni “Online Map” xidmətini istifadəyə verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2013 14:35 (UTC +04:00)
"AtaBank" yeni "Online Map" xidmətini istifadəyə verdi! Artıq Facebook sosial şəbəkəsinin aktiv istifadəçiləri olan "AtaBank" müştəriləri, Azərbaycanın istənilən nöqtəsindən və istədikləri zaman bankla əlaqə yaratmaq imkanı verən bu xidmətdən istifadə edə bilərlər. Bu barədə Trend-ə bankdan daxil olan məlumatda deyilir.
«AtaBank» yeni “Online Map” xidmətini istifadəyə verib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

"AtaBank" yeni "Online Map" xidmətini istifadəyə verdi! Artıq Facebook sosial şəbəkəsinin aktiv istifadəçiləri olan "AtaBank" müştəriləri, Azərbaycanın istənilən nöqtəsindən və istədikləri zaman bankla əlaqə yaratmaq imkanı verən bu xidmətdən istifadə edə bilərlər. Bu barədə Trend-ə bankdan daxil olan məlumatda deyilir.

Bankın rəsmi Facebook səhifəsinə daxil olan müştərilər "Online Map" bölməsinə keçərək, bankın filial və bankomat şəbəkəsi ilə yaxından tanış ola bilər və onları maraqlandıran filial və bankomatları axtarmaq imkanı əldə edə bilərlər.

"AtaBank" sosial şəbəkələrdə fəaliyyətini yalnız Facebook-la məhdudlaşdırmır. Müştərilər Twitter, Youtube, Linkedin, Google+ və digər tanınmış sosial şəbəkələrdə də Bankın rəsmi səhifələrini görə bilərlər.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam spektr xidmətlər təqdim edir. "AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər üçün www.atabank.com saytına və ya sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz - www.facebook.com/atabank.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti