...

Azərbaycanın tədiyyə balansının profisiti 2,3 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2013 20:14 (UTC +04:00)
2013-ci ilin yanvar-iyun aylarının yekunlarına görə, cari əməliyyat hesablarının profisiti ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20,8 faiz azalaraq 6,4 milyard dollar təşkil edib.
Azərbaycanın tədiyyə balansının profisiti 2,3 milyard dolları ötüb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir A.Axundov/

2013-ci ilin yanvar-iyun aylarının yekunlarına görə, cari əməliyyat hesablarının profisiti ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20,8 faiz azalaraq 6,4 milyard dollar təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı tədiyyə balansında deyilir.

O cümlədən, neft-qaz sektorunun cari əməliyyat hesablarının profisiti 11,1 milyard dollar olub.

Neft-qaz sektorunun cari əməliyyat hesablarının profisiti qeyri-neft sektorunun cari əməliyyat hesablarının 4,7 milyard dollar həcmində kəsirini tam ödəyir.

Tədiyyə balansının ümumi profisiti 40,82 faiz azalaraq 2,32 milyard dollar olub.

Sektorlar üzrə tədiyyə balansının təhlili göstərdi ki, əvvəlki illərdə olduğu kimi, 2013-cü ilin I yarısında neft-qaz sektorunda xarici iqtisadi əməliyyatlar müsbət saldoya, qeyri-neft sektorunda isə mənfi saldoya malik olub.

2013-ci ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsinin ümumi həcmi 21,2 milyard manat, xarici ticarət balansının müsbət saldosu isə 10,5 milyard dollar təşkil edib.

Bu dövrdə 137 ölkə ilə ticarət münasibətləri qurulub. Ticarət dövriyyəsinin 9,8 faizi MDB ölkələrinin, 90,2 faizi isə digər xarici ölkələrin payına düşüb. İtaliya, Böyük Britaniya, Türkiyə, ABŞ, Rusiya, Tailand, İndoneziya, Almaniya, Yaponiya, Fransa ilə intensiv ticarət münasibətləri yer alıb. Azərbaycanın ixrac-idxal əməliyyatlarının 69,4 faizi bu ölkələrin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti