...

"Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası" sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2013 16:51 (UTC +04:00)
Sentyabrın 17-də “Bakı Expo” Sərgi Mərkəzində Azərbaycanın son 10 ildə əldə etdiyi uğurlara həsr olunmuş “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisi fəaliyyətə başlayacaq.
"Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası" sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Sentyabrın 17-də "Bakı Expo" Sərgi Mərkəzində Azərbaycanın son 10 ildə əldə etdiyi uğurlara həsr olunmuş "Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası" sərgisi fəaliyyətə başlayacaq.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərginin 3 pavilyonunda ölkəmizin sənaye, energetika, İKT, kənd təsərrüfatı, sahibkarlıq, regionların sosial-iqtisadi inkişafı, nəqliyyat, turizm, fövqəladə hallar, şəhərsalma, səhiyyə, elm və təhsil, mədəniyyət, gənclər və idman, ekologiya, su və kanalizasiya və digər sahələrdə qazandığı nailiyyətlər, eləcə də müxtəlif kənd təsərrüfatı və sənaye məhsulları nümayiş etdiriləcək.

Ziyarətçilər sərginin açıq havada təşkil edilən hissəsində bir sıra texnika və avadanlıqlar, Azərbaycanda istehsal olunan məhsullarla tanış olacaqlar.

Sərgi çərçivəsində müxtəlif dövlət qurumlarının günlərinin keçirilməsi də nəzərdə tutulur. İlk belə tədbir sentyabrın 17-də İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.

"Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası" sərgisi oktyabrın 15-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti