...

Elman Rüstəmov Sinqapurun nümayəndə heyətini qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2013 11:19 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Sinqapur Respublikasının ticarət, sənaye və milli inkişaf üzrə dövlət naziri Li Yi Şyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elman Rüstəmov Sinqapurun nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Sinqapur Respublikasının ticarət, sənaye və milli inkişaf üzrə dövlət naziri Li Yi Şyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend-ə bazar ertəsi AMB-dan daxil olan məlumatda deyilir.

E.Rüstəmov nümayəndə heyətinə Azərbaycanın keçdiyi inkişaf yolu, müstəqilliyyin ilk illərindəki çağırışlar və hökumətin uğurlu inkişaf strategiyası barədə ətraflı məlumat verib. O, ölkələrimiz arasında iqtisadi islahatların aparılması üzrə oxşarlıqlara nəzər yetirərək, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında Sinqapur inkişaf modelində prioritetlərdən olmuş strateji hədəflər üzrə oxşarlıqları xüsusilə qeyd edib. Görüş əsnasında həmçinin qonaqlara Azərbaycanın pul və məzənnə siyasəti, maliyyə sabitliyinin gücləndirilməsi və iqtisadi diversifikasiyanın dəstəklənməsi istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Daha sonra dövlət naziri Li Yi Şyan Azərbaycana səfəri zamanı ölkədəki sıçrayışlı inkişafın əyani şahidi olduğundan məmnun olduğunu vurğulayıb. O, Azərbaycanda iqtisadiyyatın şaxələnməsi, biznesin inkişafı və makroiqtisadi sabitliyə yönəlmiş uğurlu inkişaf strategiyasını yüksək qiymətləndirərək ölkəmizə dərin marağının olduğunu bildirib. Azərbaycanın hazırki inkişaf mərhələsində Sinqapurla bir sıra eyni çağırışlarla üzləşdiyini qeyd edən nazir, qlobal maliyyə sisteminə inteqrasiyanın vacibliyini vurğulayaraq, qlobal böhran şəraitində ölkəmizin kiçik yerli bazarının xarici şoklardan qorunmasının əhəmiyyətini xüsusilə qeyd edib və Azərbaycanda həyata keçirilmiş antiböhran tədbirlərini alqışlayıb.

Görüşdə həmçinin ölkələr arasında geniş əməkdaşlıq potensialının mövcudluğu qeyd edilmiş və gələcəkdə ikitərəfli əlaqələrin daha da genişlənməsi və dərinləşməsi üçün səylərin göstəriləcəyi xüsusilə vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti