...

Bakıda qurbanlıq heyvanların satışı ilə bağlı məntəqələr yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2013 16:57 (UTC +04:00)
Qurban bayramında Bakıda qurbanlıq heyvanların satışı və kəsilməsi ilə bağlı yerlər müəyyənləşdiriləcək.
Bakıda qurbanlıq heyvanların satışı ilə bağlı məntəqələr yaradılacaq

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir E.Əliyev/

Qurban bayramında Bakıda qurbanlıq heyvanların satışı və kəsilməsi ilə bağlı yerlər müəyyənləşdiriləcək. Bu barədə cümə axşamı Trend-ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib.

A.Əliyev deyib ki, İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq dövlət strukturları heyvandarlıqla məşğul olan sahibkarlarla birgə paytaxt və ətraf qəsəbələrdə bazar qiymətlərinə nisbətən ucuz qurbanlıq heyvanların satışını təşkil edəcək".

Qurbanlıq heyvanlarının satışının təşkil olunacağı ünvanlar elan ediləcək.

Qeyd edək ki, Azərbaycanda bu il Qurban bayramı 15-16 oktyabr tarixlərində qeyd ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti