...

Çinlilər öz ölçülərini aşdılar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2013 11:45 (UTC +04:00)
Çinin ən böyük avtomobil markası "Geely" tarixinin ilk krossoveri Emgrand X7-ni - EX7–ni Bakıda təqdim etdi.
Çinlilər öz ölçülərini aşdılar (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Çinin ən böyük avtomobil markası "Geely" tarixinin ilk krossoveri Emgrand X7-ni - EX7-ni Bakıda təqdim etdi. "Geely" salonunda keçirilən təqdimat mərasimində çinlilərin böyük məsuliyyətlə yanaşdığı bu avtomobil qonaqların marağı ilə qarşılandı. Dizayn, rahatlıq, keyfiyyət və təhlükəsizlik dünyanın aparıcı avtomobil brendləri ilə rəqabətə girməkdən çəkinməyən "Geely" modelində birləşmişdir.

"Geely EX7" interyeri məşhur italyan dizayneri Giorgetto Giugiaronun əməyinin təzahürüdür - interyer bir çox texnoloji yeniliklərlə yanaşı, təmkin və minimalizmi də əks etdirir.

Çinlilər avtomobilin sinfinin ən sərfəli əldə olunan krossoveri olmasını da unutmayıblar. Lakin qiymət avtomobilin ölçülərinə təsir göstərməyib - EX7 4541 mm uzunluq, 1833 mm hündürlük və 1700 mm en ilə kifayət qədər geniş SUV kimi özünü təqdim edir.

Bütün "Geely" komplektasiyasında olduğu kimi, EX7 modeli də zəngin təchizata - ABS+EBD, 7 təhlükəsizlik yastığı, sürətə görə qapıların avtomatik kilidlənməsi və İSO-FİX standartlı uşaq kilidi sistemi, avtomatik kondisioner, CD, radio və 6 dinamik, salonun ön və arxa işıqlardırılması, dəri salon, çoxistiqamətli ön oturacaqlar, yan güzgülərin və arxa şüşənin qızdırılması, sükanda "oğurluq əleyhinə" təhlükəsizlik sistemi və s. kimi özəlliklərə malikdir.

Çinlilər "Geely EX7"nin konsepsiyasını hazırlayarkən "özlərini unudublar" desək, yanılmarıq. EX-7 irigövdəli insanların belə, avtomobildə komfortla səyahət edə biləcəkləri beş geniş oturacaqla təchiz edilmişdir.

2.4 l mühərrik həcmli "Geely EX7" 6-pilləli avtomat sürət qutusu ilə işləyir. Geely EX7 Azərbaycan bazarında avtomat sürət qutusu ilə təqdim edilən ən sərfəli qiymətə malik avtomobildir. Avtomobilin qiyməti 16900 manatdan başlayır.

Qeyd edək ki, Çinin ən böyük və ən sürətlə inkişaf edən avtomobil markası olan Geely avtomobillərini Azərbaycanda "Auto Azərbaycan" şirkəti təqdim edir. Geely Group Geely, Emgrand, Englon və Gleagle avtomobillərinin istehsalçısı, Volvo İsveç şirkətinin sahibidir. Şirkətin hal-hazırda 55-dən çox ölkədə satış şəbəkəsi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti