...

Azərbaycanda son 10 ildə sosial-iqtisadi inkişafın uğurları ilə bağlı sərgi öz işinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2013 17:24 (UTC +04:00)
Bakıda "Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası" sərgisi öz işinə başlayıb.
Azərbaycanda son 10 ildə sosial-iqtisadi inkişafın uğurları ilə bağlı sərgi öz işinə başlayıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir A.Axundov/

Bakıda "Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası" sərgisi öz işinə başlayıb. Bu barədə cümə axşamı Trend-ə İqtisadi İnkişaf Nazirliyindən bildiriblər.

"Makroiqtisadiyyat", "Sənaye", "Energetika", "İnformasiya və kommunikasiya texnologiyaları", "Nəqliyyat", "Fövqəladə hallar", "Şəhərsalma və dövlət əmlakı", "Xarici siyasət", "Gənclər və idman", "Mədəniyyət və turizm", "Sosial inkişaf və xidmətlər", "Ekologiya", "Su və kanalizasiya", "Aqrar-sənaye kompleksi" bölmələrindəki stendlərdə Azərbaycanın son dekadada qazandığı nailliyyətlər nümayiş etdirilib.

Xüsusilə "Makroiqtisadiyyat" bölməsində məlumat verilib ki, Azərbaycan ÜDM-i son 10 ildə 3,4 dəfə, qeyri-neft ÜDM-i isə 2,7 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 30 dəfə artaraq 50 milyard dollara çatıb. Əhalinin yaşayış səviyyəsi xeyli yaxşılaşıb, 1,2 milyon yeni iş yeri açılıb, əhalinin gəlirləri 6,1 dəfə artıb, yoxsulluğun səviyyəsi 6 faizədək, işsizlik səviyyəsi isə 5,2 faizədək azalıb. Son 10 ildə ölkə iqtisadiyyatına yatırılan investisiyalar 132 milyard dollar təşkil edib, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı isə 4,5 dəfə artıb.

Son 10 ildə ölkədə sənaye məhsulu istehsalı 2,8 dəfə, neft-qaz hasilatı 2 dəfədən çox, karbohidrogen ehtiyatları 2,2, bitkiçilik məhsulu istehsalı 3,4, heyvandarlıq 3,4, ət istehsalı 1,6, toyuq əti 4,6, yumurta 1,8, süd isə 1,5 dəfə artıb.

Yük daşımaları illik 5,3 faiz, sərnişin daşımaları 5,8 faiz artıb. İnformasiya-kommunikasiya xidmətlərinin həcmi isə 7,4 dəfə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti