...

Yeni hotellərin yaradılmasının bəzi sirrləri açıqlanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2013 10:00 (UTC +04:00)
DAİR Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə hazırlanmış "Master Class Session" layihəsi çərçivəsində keçirilən tədbirlərin davamı olaraq, oktyabrın 11-də "How to launch a new Hotel: From Marketing till Grand Opening" mövzusunda master-klass keçirilib. Master-klassın aparıcısı "Divan Express Baku" hotelinin baş meneceri Bülent Süzer Assosiasiyanın təşəbbüsünü qəbul edərək maraqlı və səmərəli mövzuları dinləyicilərə açıqlayıb.
Yeni hotellərin yaradılmasının bəzi sirrləri açıqlanıb (FOTO)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

DAİR Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə hazırlanmış "Master Class Session" layihəsi çərçivəsində keçirilən tədbirlərin davamı olaraq, oktyabrın 11-də "How to launch a new Hotel: From Marketing till Grand Opening" mövzusunda master-klass keçirilib. Master-klassın aparıcısı "Divan Express Baku" hotelinin baş meneceri Bülent Süzer Assosiasiyanın təşəbbüsünü qəbul edərək maraqlı və səmərəli mövzuları dinləyicilərə açıqlayıb.

Tədbirdə Bakı şəhərində fəaliyyət göstərən bir sıra hotellərin, o cümlədən AEF, Amber, Ambiance, Caspian Guest House, Deluxe, Miraj İnn, Modern, New Baku, Royal, Rigs, Safran, Aysberq və digərlərinin rəhbərləri iştirak ediblər.

B.Süzer Türkiyənin "Koç" Şirkətlər Qrupuna aid olan "Divan" hotellər şəbəkəsinin fəaliyyəti və coğrafiyası haqqında məlumat verib, yeni hotellərin yaranmasında mövcud incəlikləri və metodları açıqlayıb. Marketinq, qiymətlər siyasəti, satış, müştəri məmnunluğu mövzularına xüsusi diqqət yetirilib. Bakı hotellərinin müştəri dairəsi, qiymətlərin turistlər üçün münasibliyi, qonaqpərvərlik sənayesində mövcud olan hüquqi və vergi qanunvericiliyinin müsbət və mənfi tərəfləri, bu sahədə inhisarçılıq və rəqabət problemləri, GDS Qlobal Distribusiya Sistemləri və digər mövzular ətrafında aktiv diskussiyalar aparılıb.

Assosiasiyanın İdarə Heyətinin sədri Samir Babazadə təcrübə və fikir mübadiləsi apararaq bəzi hotellərin təklif etdikləri xidmətlərin keyfiyyətinə tənqidlə yanaşıb, ölkənin qonaqpərvərlik bazarında idarəetmə problemlərinin mövcudluğunu incələyib. O, qeyd edib ki, orta və kiçik hotellərin və brend hotellərin müştəri dairəsi müxtəlifdir və onlar arasında rəqabət yoxdur. Yalnız bu sahədə kiçik və orta sahibkarlığın daha dinamik inkişafı üçün imtiyazlı vergi sisteminin tətbiqi əvəzedilməz rol oynaya bilər.

Tədbirin partnyoru qismində "KRİSTAL PLUS" QSC şirkəti çıxış edib. "KRİSTAL PLUS" ölkənin tünd alkoqol içkilər bazarında özünəməxsus yer tutaraq lider istehsalçılardan biri hesab edilir. Şirkətin marketinq üzrə direktoru Vahid Bakıxanov məhsulların keyfiyyətindən və qiymətlərdən danışaraq istehsal etdikləri içkiləri təqdim edib.

DAİR Hotellər və Restoranlar Assosiasiyası göstərilən köməyə və layihədə aktiv iştiraklarına görə B.Süzerə və "Divan Express Baku" hotelinin bütün kollektivinə dərin təşəkkürünü bildirir.

Qeyd etmək istərdik ki, hazırkı layihə dünya şöhrətli brend hotellərin və restoranların rəhbər əməkdaşları, orta və kiçik hotellərin və ictimai iaşə müəssisələrinin rəhbərləri, o cümlədən digər təcrübəli peşəkarlar arasında təcrübə və fikir mübadiləsi aparmaq məqsədilə hazırlanıb. Layihənin rəhbəri Aysel İmranı və Assosiasiyanın icraçı direktoru Əhməd Pənayevin sözlərinə görə, bu tədbirlər cari ilin sonunadak davam edəcək və digər şəbəkə hotellərin nümayəndələri və qonaqpərvərlik sənayesinin peşəkarları tərəfindən master-klassların keçirilməsini nəzərdə tutur. Tədbirlərin təqvimi və digər detalları Assosiasiyanın rəsmi internet səhifəsi (www.dair.az) və sosial şəbəkələr (https://www.facebook.com/hotelsandrestaurantsassociation; http://www.linkedin.com/groups/DAIR-Hotels-Restaurants-Association) vasitəsilə yayılmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti