...

Vergilər Nazirliyinin xətti ilə büdcəyə 5 milyard manata vəsait daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2013 04:31 (UTC +04:00)
2013-cü ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4 milyard 951 milyon 610,2 min manat təşkil edib.
Vergilər Nazirliyinin xətti ilə büdcəyə 5 milyard manata vəsait daxil olub

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

2013-cü ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4 milyard 951 milyon 610,2 min manat təşkil edib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, bu məbləğin 36,5 faizi mənfəət vergisinin, 25,3 faizi əlavə dəyər vergisinin, 12,3 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,7 faizi aksizlərin, 18,2 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 743 milyon 862,2 min manat vəsait daxil olub.

Yanvar-sentyabr aylarında respublika üzrə 54 min 835 vergi ödəyicisi, o cümlədən elektron qaydada 29 min 484 (53,8 faiz) vergi ödəyicisi qeydiyyata alınıb. 1 oktyabr 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 526 min 218 olub ki, bu da 1 oktyabr 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 12,6 faiz çoxdur.

2013-cü ilin yanvar-sentyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,6 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti