...

Şaxələndirmə siyasəti Azərbaycan iqtisadiyyatının sonrakı illərdə inkişafının prioritetidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2013 14:25 (UTC +04:00)
Son 10 il ərzində Azərbaycan həm siyasi, həm də iqtisadi sahələrdə heyranedici uğurlara nail olub.
Şaxələndirmə siyasəti Azərbaycan iqtisadiyyatının sonrakı illərdə inkişafının prioritetidir

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Seymur Əliyev, Trend BİA-nın eksperti

Son 10 il ərzində Azərbaycan həm siyasi, həm də iqtisadi sahələrdə heyranedici uğurlara nail olub. Bu barədə yalnız hesabatlardakı faktlar və quru rəqəmlər deyil, həm də Azərbaycanla bərabərləşməyə çağıran yerli və xarici ekspertlər də bildirirlər. Qeyd etməyə dəyəri ki, Ümümdünya İqtisadi Forumunun məlumatlarına görə, ölkə iqtisadiyyatı dünyada 39-cu yerdədir.

Ötən həftənin sonunda öz andiçmə nitqində Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq sonrakı illərdə ölkənin inkişafının prioritetlərini müəyyənləşdirib. Ölkə başçısı qeyd edib ki, iqtisadi sahədə şaxələndirmə siyasəti aparılır və aparılacaq.

Bu gün enerji sektoru hələ də ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynayır. Bugünkü inkişafına görə respublika məhz ona borcludur. Lakin Prezident ölkə qarşısında sonrakı 10 il ərzində qeyri-neft iqtisadiyyatının iki dəfə artırılması (ötən il bu göstərici 10 faiz artıb) hədəfini qoyub. Bu, Azərbaycan iqtisadiyyatını daha elastik, davamlı, müasir tələblərə cavab verən etməyə imkan verəcək, o cümlədən neft sektorundan olan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq.
Eyni zamanda, neft və qazın beynəlxalq bazarlara tədarükü üzrə müxtəlif marşrutların yaradılması, davamlı elektrik enerjisi sistemi hesabına ölkənin enerji sektorunun şaxələndirilməsi nəinki Azərbaycanın, həm də qonşu ölkələrin enerji təhlükəsizliyini təmin etdi.

Aydındır ki, şaxələndirmə siyasəti çərçivəsində həyata keçirilən layihələr böyük investisiyalar, kadr potensialının inkişafını, yeni texnologiyaların tətbiqini tələb edir ki, bu da respublikanın inkişafında yeni istiqamət olacaq.

Bu gün ölkə qarşısında böyük hədəflər var. Etibarlı neft tədarükçüsü olan Azərbaycan yaxın illərdə Avropaya qaz tədarükünün təmin olunmasına da öz töhfəsini vermək niyyətindədir. Ölkə başçısı vurğulayıb ki, ölkənin strateji layihələri arasında beş il ərzində həyata keçirilməli olan TANAP və Trans-Adriatik boru kəmərləri xüsusi yer tutur.

Prezident İlham Əliyev bildirib: "Bu layihələrin reallaşdırılması bundan sonrakı onilliklər ərzində Azərbaycanı çox əhəmiyyətli beynəlxalq oyunçuya çevirəcək".

Ölkənin daxili iqtisadi siyasəti, ilk növbədə sosial istiqamətə malikdir. Sonrakı illərdə də sosial siyasət prioritet olaraq qalacaq. Xüsusilə "yoxsulluğun azaldılması, yoxsulluq səviyyəsində yaşayan insanların həyat səviyyələrinin yaxşılaşdırılması və digər sosial proqramlar üzrə işlər davam edəcək, sosial infrastrukturun yaradılması davam etdirilməlidir.

Bu faktları rəqəmlər də göstərir. Son on il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılıb. İşsizlik kimi ciddi problemin böyük hissəsi demək olar ki, həllini tapıb. İşsizliyin səviyyəsi təxminən 5 faiz civarındadır. Yoxsulluq təxminən 10 dəfə - 49 faizdən 5,5 faizədək azalıb, orta maaş 5,6 dəfə, orta pensiya 9,2 dəfə artıb. Sosial infrastrukturun yaradılması üçün böyük vəsait səfərbər edilib. Son 10 il ərzində Azərbaycanda 2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 Olimpiya mərkəzi tikilib, tarixi abidələrimiz bərpa edilib.

Sonrakı illərdə Azərbaycanda yoxsulluğun azaldılması, yoxsulluq şəraitində yaşayanların həyat səviyyəsinin yaxşılaşdırılması, digər sosial proqramlar, sosial infrastrukturun yaradılması üzrə proqramlar həyata keçiriləcək.

Dövlət başçısı öz andiçmə nitqində prioritetlərdən biri kimi bildirib: "Azərbaycanda istehsal oluna bilən bütün məhsullar Azərbaycanda istehsal olunmalıdır".

Hazırda Azərbaycanda sənayeləşdirmə siyasəti həyata keçirilir. Həm dövlət, həm də özəl sektor tərəfindən yeni müəssisələr açılır. Növbəti illərdə ölkədə yeni böyük müəssisələr açılacaq ki, bunlar da faktiki olaraq yeni sənaye müəssisələri olacaq. "Azerspace-1" peykini səmaya buraxmaqla, Azərbaycan kosmik dövlətlər siyahısına daxil olub.

Ərzaq təhlükəsizliyinə böyük önəm verilir və tamamilə təmin olunmalıdır. Ölkə başçısı bildirib ki, növbəti 5 il ərzində elə etməliyik ki, əsas ərzaq məhsulları 100 faiz Azərbaycanda istehsal olunsun.

İlham Əliyev vurğulayıb: "Bunu etmək üçün imkan da, konkret təkliflər də vardır və vəsait də nəzərdə tutulacaqdır. Kənd təsərrüfatı ilə bağlı tədbirlər bundan sonra da aparılacaqdır. Böyük suvarma layihələri icra edilir və beləliklə, fermerlər üçün daha da gözəl şərait yaradılacaqdır".

Azərbaycan bu gün regionun bütün böyük iqtisadi layihələrinin təşəbbüskarıdır. Neft və qaz boru kəmərləri ilə yanaşı mübadilə sistemləri və elektrik enerjisi ixracı, nəqliyyat dəhlizləri və infrastruktur obyektlərinin adlarını çəkmək olar.

Bununla da sonrakı illərdə Azərbaycanın uğurlu iqtisadi əməkdaşlığı respublika ilə sıx ticari-iqtisadi əməkdaşlığa malik regionun və qitənin digər ölkələrinin inkişafına imkan verəcək.
Prezident İlham Əliyev vurğulayıb: "Regional və beynəlxalq əməkdaşlıqda Azərbaycan, bir daha demək istəyirəm ki, bundan sonra da etibarlı tərəfdaş kimi öz rolunu oynayacaqdır. Bir daha qeyd etmək istəyirəm ki, bizim xarici siyasətimizlə bağlı bütün təşəbbüslər əməkdaşlıq, dostluq üzərində qurulubdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti