...

"TuranBank"ın "Sahil" filialının yeni ofisinin açılışı olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2013 20:26 (UTC +04:00)
"Sahil" filialının yeni ofis ilə təmin edilməsi "TuranBank"ın xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq həyata keçirilib.
"TuranBank"ın "Sahil" filialının yeni ofisinin açılışı olub

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

"Sahil" filialının yeni ofis ilə təmin edilməsi "TuranBank"ın xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq həyata keçirilib.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, bu, əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması, eləcə də bank müştərilərinə daha geniş və rahat şəraitdə xidmət olunması məqsədini daşıyır. Filialın yeni ofisi Fətəli xan Xoyski prospekti, 106 ünvanında yerləşir. (Tel.: (+994 12) 564 34 76)).

1997-ci ildən fəaliyyətə başlayan "Sahil" filialı "TuranBank"ın ilk filiallarındandır. Burada bank sahəsində geniş bilik və təcrübəyə malik mütəxəssislər müştəriləri yüksək keyfiyyətli bank xidmətləri ilə təmin edirlər. Bu xidmətlərə istehlak kreditlərinin verilməsi, əmanətlərin qəbulu, plastik kartların satışı, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənilməsi kimi müxtəlif çeşidli xidmətlər daxildir.

Bankın hal-hazırda 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz və Qazaxda olmaqla) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

"TuranBank", müştərilərə əlverişli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə, avtomobil və ipoteka kreditləri, eyni zamanda "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir.

"TuranBank"ın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, müştərilərə əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda Bank, öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.

"TuranBank"ın bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı bankın www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti