...

Oktyabrda Azərbaycan brokerlərinin renkinqinə "Paşa Kapital" başçılıq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2013 19:22 (UTC +04:00)
2013-cü ilin oktyabr ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə "Paşa Kapital" MMC başçılıq edib.
Oktyabrda Azərbaycan brokerlərinin renkinqinə "Paşa Kapital" başçılıq edib

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir A.Axundov/

2013-cü ilin oktyabr ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə "Paşa Kapital" MMC başçılıq edib. Şirkət ümumi dəyəri 75,81 milyon manat olan broker xidmətləri göstərib. Bu barədə çərşənbə günü Trend-ə Bakı Fond Birjasından (BFB) məlumat verilib.

İkinci yeri ümumi həcmi 68,78 milyon manat olan broker xidmətləri göstərmiş "Unicapital" ASC tutub.

Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 18,77 milyon manatla "Standart Kapital" MMC qərarlaşıb.

2013-cü ilin oktyabr ayında qiymətli kağızlar bazarında göstərilmiş xidmətlərin həcmi üzrə brokerlərin renkinqi:

Xidmətlərin həcminə görə cari yeri

Brokerlər

Broker xidmətlərinin məbləği (AZN)

1

"Paşa Kapital" MMC

75 810 528.93

2

"Unicapital" ASC

68 779 228.86

3

"Standard Kapital" MMC

18 767 103.18

4

"BoB Broker" MMC

12 261 586.83

5

"Çelsi Kapital" MMC

9 613 135.65

6

"Texnika Kapital Menecment" MMC

6 704 683.20

7

"Brokdil-Az" MMC

5 536 343.40

8

"Xalq Kapital" MMC

5 005 835.00

Məqalədə:
Xəbər lenti

Xəbər lenti