...

Müşahidə Şurası: Beynəlxalq təcrübə "Joint Leasing"in biznesinin inkişafına yararlı ola bilər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2013 19:27 (UTC +04:00)
Beynəlxalq təcrübə biznesin inkişafında "Joint Leasing" Azərbaycan-Böyük Britaniya şirkətinə yararlı ola bilər.
Müşahidə Şurası: Beynəlxalq təcrübə "Joint Leasing"in biznesinin inkişafına yararlı ola bilər (FOTO)

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir E.Əliyev/

Beynəlxalq təcrübə biznesin inkişafında "Joint Leasing" Azərbaycan-Böyük Britaniya şirkətinə yararlı ola bilər. Trend-in məlumatına görə, bunu cümə axşamı şirkətin Müşahidə Şurasının üzvü (şirkətin təsisçilərindən biri olan Azərbaycan Beynəlxalq Bankının (ABB) nümayəndəsi) Rəşad Hacıyev Şuranın yeni heyətinin təqdimatına həsr edilmiş mətbuat konfransında deyib.

Müşahidə Şurasının yeni tərkibinə "Joint Leasing"in icraçı direktoru, ABB-nin maliyyə direktoru R.Hacıyev, həmçinin ekspert Maykl Bordman daxil olub. Müşahidə Şurasının sədri baronessa Vinterborn Emma Nikolson olub.

R.Hacıyevin sözlərinə görə, ABB həmişə böyük xarici tərəfdaşlar şəbəkəsinə malik əsl beynəlxalq şirkət olub: "Bu prinsipin saxlanılması və inkişafı ABB-nin prioritetlərindən biridir. Çox vaxt yalnız daxili resurslar və biliklərdən istifadə edən şirkətlərə beynəlxalq bazarlara çıxmaq çətin olur, bu proses illərlə və hətta on illərlə vaxt apara bilər. Buna görə də Müşahidə Şurasına xarici ekspertləri dəvət etmişik və onların təcrübəsi və ixtisası sayəsində beynəlxalq bazarlara çıxmağa, "Joint Leasing"in xarici əlaqələrini inkişaf etdirməyə ümid edirik".

Şuranın üzvü M.Bordman qeyd edib ki, yeni heyətin məqsədi şirkətin beynəlxalq mövqelərini yaxşılaşdırmaqdır: "Digər vəzifəmiz xaricdən resursların cəlb edilməsi üçün imkanları yaxşılaşdırmaqdır. Biz, həmçinin şirkət üçün yerli bazarda yeni imkanları araşdıracaq və təqdim edəcəyik".

Müşahidə Şurasının sədri E.Nikolson isə deyib ki, heyətin yenilənməsi adi rəsmiyyətdir: "Bu, real nəticələrin əldə edilməsinə hesablanmış real fəaliyyətdir. Biznesin inkişafı tez bir zamanda baş vermir, lakin düşünürəm ki, yaxın gələcəkdə əldə edilmiş nəticələr barədə məruzə edə biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti