...

Azərbaycan Beynəlxalq Bankının kapitallaşdırılması biznesin həcmini artırmağa imkan verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2013 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmdarlarının qəbul etdiyi nizamnamə kapitalının artırılması konsepsiyası bankın aktivlərini 20 faiz artırmağa imkan verəcək. Bu barədə Trend-ə ABB-nin İdarə heyətinin sədri Cahangir Hacıyev deyib.

Onun sözlərinə görə, şübhəsiz ki, kapitallaşdırma bazarın tənzimləyicisi tərəfindən müəyyən edilmiş normalar çərçivəsində keçiriləcək: "Biz uzun müddət səhmdarlar tərəfindən belə qərarın qəbul edilməsinə çalışırdıq və şadıq ki, ortaq məxrəcə gələ bildik. Bankın kapitalının artması daha çox cəlb etməyə və nəticədə resurslar yatırmağa imkan verəcək. Bu da aktivlərin artması anlamına gəlir".

Qeyd edək ki, ABB-nin səhmdarları oktyabrda dörd il ərzində nizamnamə kapitalının 500 milyon manat artırılması üzrə konsepsiya qəbul etmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti