...

Fazil Məmmədov Şamaxıda vətəndaşları qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2013 18:17 (UTC +04:00)
Bu gün vergilər naziri Fazil Məmmədov Şamaxı şəhərində yerləşən 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında Şamaxı, Ağsu və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.
Fazil Məmmədov Şamaxıda vətəndaşları qəbul edib

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Bu gün vergilər naziri Fazil Məmmədov Şamaxı şəhərində yerləşən 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında Şamaxı, Ağsu və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 50-dək vətəndaş nazirə müraciət edib.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, digər məsələlərin isə araşdırılması və lazımi tədbirlər görülməsi barədə müvafiq tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldırdıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti