...

TuranBank tələbələr üçün seminar keçirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2013 20:20 (UTC +04:00)
TuranBank özünün Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində növbəti layihəsini uğurla həyata keçirib. Bank Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün "Bankda risklər" mövzusunda seminar təşkil edib.
TuranBank tələbələr üçün seminar keçirdi

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

TuranBank özünün Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində növbəti layihəsini uğurla həyata keçirib. Bank Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün "Bankda risklər" mövzusunda seminar təşkil edib.

Seminarda TuranBank-ın Risklərin İdarə Edilməsi departamentinin direktoru, dosent Aydın Hüseynov tələbələr qarşısında bankın fəaliyyəti zamanı üzləşdiyi risklər, onların müəyyənləşdirilməsi alətləri, təhlili, idarə edilməsinin təşkili və risklərlə bağlı digər məsələləri əhatə edən geniş mühazirə ilə çıxış edib. İnteraktiv qaydada keçirilən seminarda tələbələr fəal iştirak edib və bank işi ilə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı qazanıblar.

TuranBank-ın həyata keçirdiyi belə layihələrin əsas məqsədi iqtisadi sahədə təhsil alan tələbələrin bank sahəsinə olan maraqlarını, həmçinin bilik və bacarıq qabiliyyətlərini daha da artırmaqdır.

TuranBank müştərilərə əlverişli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə, avtomobil və ipoteka kreditləri, eyni zamanda, "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. TuranBank-ın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda, bank müştərilərə əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif olunur.

Hazırda bank öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pulköçürmə sistemləri üzrə xidmət göstərir.

Bankın 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz və Qazaxda olmaqla) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

TuranBank-ın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti