...

Gələn il Azərbaycanda ilk investisiya fondu lisenziya alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2013 14:23 (UTC +04:00)
2014-cü ildə Azərbaycanda ilk investisiya fondu lisenziya əldə edəcək. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) Aparat rəhbəri Bəxtiyar Əzizov deyib.
Gələn il Azərbaycanda ilk investisiya fondu lisenziya alacaq

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir E.Əliyev/

2014-cü ildə Azərbaycanda ilk investisiya fondu lisenziya əldə edəcək. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) Aparat rəhbəri Bəxtiyar Əzizov deyib.

Onun sözlərinə görə, bu, çox mürəkkəb və çoxmərhələli prosesdir: "Prosesin keçirilməsi xeyli vaxt tələb edir".

QKDK-nin Lisenziyalaşdırma və nəzarət şöbəsinin müdiri Fərid Rəhimli bildirib ki, hazırda gələcək investisiya fondunun lisenziyalaşdırılması prosesi gedir.

QKDK aktivlərin idarə edilməsi sahəsində fəaliyyətin həyata keçirilməsi üçün "İnvest Az Asset Management" MMC-yə avqustun sonunda lisenziya verib. Lisenziya beş il müddətinə verilib.

F.Rəhimlinin sözlərinə görə, QKDK daha əvvəl müvafiq lisenziyanı idarəetmə şirkətinə verib: "Bundan başqa, bizdə investisiya fondları üçün lisenziyaların əldə edilməsi ilə bağlı bir rəsmi və bir neçə qeyri-rəsmi müraciət var".

Onun sözlərinə görə, bazarda kollektiv investisiya sxemlərinə maraq artır: "İnvestisiya fondları Azərbaycan bazarı üçün əsaslı yenilikdir. Bu, hazırlıq və idarəetmə şirkətləri, həmçinin investorlar baxımından da yenilikdir. İndi bazar Azərbaycanda belə institutların yaranmasına hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti