...

İlin sonunadək Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yanında Tədris Mərkəzi açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2013 15:54 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) Tədris Mərkəzi bu ilin sonunadək yaradılacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı QKDK-nın Aparat rəhbəri Bəxtiyar Əzizov Komitədə keçirilən mətbuat üçün "Açıq qapılar günü"ndə bildirib.
İlin sonunadək Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yanında Tədris Mərkəzi açılacaq

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir E.Əliyev/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) Tədris Mərkəzi bu ilin sonunadək yaradılacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı QKDK-nın Aparat rəhbəri Bəxtiyar Əzizov Komitədə keçirilən mətbuat üçün "Açıq qapılar günü"ndə bildirib.

O, qeyd edib ki, Mərkəz artıq 2014-cü ilin əvvəlində fəaliyyətə başlayacaq.

Tədbirdə QKDK-nin Lisenziyalaşdırma və nəzarət şöbəsinin müdiri Fərid Rəhimli deyib ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin inkişafının strateji hədəfi çevik və səmərəli nizamlayıcı tədbirlərin işlənib hazırlanmasıdır:

"Biz Dövlət Komitəsinin gələcək fəaliyyətinin müəyyənləşdirilməsində Azərbaycan Prezidenti tərəfindən təsdiqlənmiş qiymətli kağızlar bazarının inkişafı üzrə Dövlət Proqramını rəhbər tuturuq".

"Açıq qapları günü"nün gedişində jurnalistlərə QKDK-nın Lisenziyalaşdırma və nəzarət şöbəsinin işi, şöbənin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Komitənin əməkdaşları mətbuat nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti