Azərbaycan, Bakı, 3 dekabr /Trend/
Visanın üstünlüklər dünyasında maraqlı endirimlər var. Kapital Bankın Visa Infinite və Visa Gold kart sahiblərinə indi "Lilac Flower Boutique" gül mağazasında 5%, "Segafrdo Zanetti" kofe evində, "Game Center"də 10% endirim edilir.
Çərşənbə axşamı bankdan Trend-ə daxil olan məlumata görə. "Vitrage" mağazasında da qızıl və gümüş məmulatlarında, aksessuarlarda Visa Infinite sahiblərinə 10%, Visa Gold kart sahiblərinə 5%, brilyant məmulatlarında isə hər iki kart sahiblərinə 20% endirim nəzərdə tutulub. Visa Infinite kartı "150 Bar&Grill"də və "Pakhlava" çay evində də 10 % endirim qazandırır.
Visa Platinum kart sahiblərini də böyük üstünlüklər gözləyir. Onlar "Sumakh" və "O'ra Lounge" restoranlarının, "Sea Breeze Hotel"in xidmətlərindən 10% endirimlə faydalana, "Faro" mağazasında qızıl və gümüş məmulatlarını, aksessuarları 10%, brilyant məmulatlarını 15% endirimlə ala, "Kempinski Hotel Badamdar"ın "Suite", "Junior", "Executive" və "Royal" dərəcəli nömrələrindən 25% güzəştlə istifadə edə bilərlər.
Hələ bu son deyil. "Bakitur" da Visa Platinum kart sahibləri üçün pulsuz sığorta və vizalara 50% dəyərində endirim təqdim edir. "STI Travel" isə ölkədaxili transferlərə və xaricdə qrup transferlərində Visa Gold kart sahiblərinə 50% dəyərində endirim qazandırır.
Kampaniya 31 dekabr 2013-cü il tarixinə qədər davam edəcək.