...

Akkord Korporasiyası Qazaxıstanda 3-cü iri layihəsini həyata keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2013 14:41 (UTC +04:00)
Nizamnamə kapitalında 50% paya malik olan Akkord Korporasiyası Birgə Müəssisənin əsas iştirakçısıdır. Layihə Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilir.
Akkord Korporasiyası Qazaxıstanda 3-cü iri layihəsini həyata keçirəcək

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

"Akkord-Todini-İmpregilo" Azərbaycan-İtaliya Birgə Müəssisəsi Qazaxıstan Respublikasında CAREC III dəhlizi -"Şimkent-Daşkənd" yolunun tikintisi layihəsi çərçivəsində elan edilmiş tenderdə qalib gəlmişdir.

Korporasiyadan Trend-ə verilən məlumata görə, nizamnamə kapitalında 50% paya malik olan Akkord Korporasiyası Birgə Müəssisənin əsas iştirakçısıdır. Layihə Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilir.

"Almatı-Korday-Blaqoveşenka-Merke-Daşkənd-Termez yolunun km705 - km742 (cəmi 37.5 km) hissəsinin bərpası" üzrə müvafiq Müqavilə Qazaxıstan Respublikasnın Nəqliyyat və Kommunikasiya Nazirliyinin Avtomobil Yolları Komitəsi ilə imzalanmışdır.

82.2 milyon ABŞ dolları təşkil edən Müqavilə qiymətinin işlərin gedişatı zamanı artırılması imkanları nəzərdə tutulmuşdur.

Müqavilə üzrə görüləcək işlərin həcmi 2 hissəyə bölünmüşdür. Birinci hissə bir istiqamətdə uzunluğu 30 km olan iki zolağın, ikinci hissə isə bir istiqamətdə uzunluğu 44 km olan daha iki zolağın çəkilişindən ibarətdir. Müqavilə ilə nəzərdə tutulmuş işlərin 2,5 il ərzində bitirilməsi nəzərdə tutulur.

Bu Akkord Korporasiyasının Qazaxıstanda həyata keçirəcəyi artıq 3-cü layihə olacaqdır. Qeyd etmək lazımdır ki, Akkord Korporasiyası "Qərbi Avropa - Qərbi Çin" Beynəlxalq Tranzit Dəhlizi layihəsində 2 lot üzrə Baş Podratçı qismində çıxış edir. Bu Layihə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyш ilə həyata keçirilir, Sifarişçisi qismində isə Qazaxıstan Respublikasının Nəqliyyat və Kommunikasiya Naziliyinın Avtomobil Yolları Komitəsi çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti