...

Bakı Fond Birjası FEAS-ın İşçi qrupuna üzv seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2013 18:25 (UTC +04:00)
3-5 dekabr 2013-cü il tarixində Omanın paytaxtı Muskat şəhərində Avro-Asiya Fond Birjaları Federasiyasının (FEAS) üzvlərinin Baş Assambleyasının növbəti iclası keçirilib.
Bakı Fond Birjası FEAS-ın İşçi qrupuna üzv seçilib

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir E.Əliyev/

3-5 dekabr 2013-cü il tarixində Omanın paytaxtı Muskat şəhərində Avro-Asiya Fond Birjaları Federasiyasının (FEAS) üzvlərinin Baş Assambleyasının növbəti iclası keçirilib. Tədbirdə Federasiyanın üzvü olan Bakı Fond Birjası (BFB) İdarə Heyətinin sədri Əmin Muradov tərəfindən təmsil olunub.

BFB-dən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində kiçik və orta sahibkarlıq subyektlərinin fond birjalarında listinqə çıxarılması, broker şirkətlərin maliyyə dayanıqlılığının gücləndirilməsi yolları kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb, üzv qurumlar tərəfindən təqdimatlar dinlənilib, İdarə Heyətinin və İşçi qrupunun iclasları keçirilib.

İclas zamanı Bakı Fond Birjası sözügedən Federasiyanın "İnvestor münasibətləri" üzrə İşçi qrupuna üzv seçilib. İşçi qrupunun məqsədi qlobal investorların FEAS üzvü olan ölkələrin kapital bazarlarına marağının öyrənilməsi və artırılması üzrə tədbirlərin hazırlanmasıdır.

Qeyd edək ki, Avro-Asiya Fond Birjaları Federasiyası 1995-ci ildə təsis edilib. Yaradılarkən 12 üzvü olan Federasiyanın hazırda 30 ölkədən post-ticarət institutları, diler assosiasiyaları və regional federasiyalar da daxil olmaqla 34 üzvü var.

Bakı Fond Birjası 2001-ci ildən etibarən FEAS-ın üzvüdür, 2012-ci ildə Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilmiş Baş Assambleyada isə 2 il müddətinə təşkilatın İdarə Heyətinə üzv seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti