...

"Azərsu" ASC tərəfindən quraşdırılmış smart-kart sayğacların sayı 200 mini keçib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2013 17:07 (UTC +04:00)
Cari ilin yanvar-noyabr aylarında 180 min abunəçi smart-kart sayğaclarla təmin edilib. Bununla da 2012-ci ildən - smart-kart sayğacların tətbiqinə başlanılandan indiyədək “Azərsu” ASC-nin xidmət idarələri və podratçı təşkilatlar tərəfindən quraşdırılmış sayğacların sayı 200 mini keçib.
"Azərsu" ASC tərəfindən quraşdırılmış smart-kart sayğacların sayı 200 mini keçib (FOTO)

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Cari ilin yanvar-noyabr aylarında 180 min abunəçi smart-kart sayğaclarla təmin edilib. Bununla da 2012-ci ildən - smart-kart sayğacların tətbiqinə başlanılandan indiyədək "Azərsu" ASC-nin xidmət idarələri və podratçı təşkilatlar tərəfindən quraşdırılmış sayğacların sayı 200 mini keçib.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də bölgələrdə smart-kart sayğacların quraşdırılması intensiv şəkildə aparılır. Quraşdırılmış sayğacların 140 minə qədəri Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron rayonunun payına düşür.

Hazırda regionlarda içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələri çərçivəsində 60 mindən çox abunəçi smart-kart tipli sayğaclarla təmin olunub. Artıq Quba, Ucar, Zərdab, Lənkəran, Biləsuvar, İmişli, Hacıqabul, Tovuz, Ağstafa və digər şəhərlərdə abunəçilər smart-kart sayğaclardan istifadə edirlər.

Smart-kart sayğacların əhali və qeyri-əhali qrupu abunəçiləri üçün quraşdırılması paralel aparılır. İndiyə qədər quraşdırılmış sayğacların 176 min ədədi əhali, 24 min ədədi isə qeyri-əhali qrupu abunəçilərinin payına düşür. Ümumilikdə mexaniki cihazlar da daxil olmaqla "Azərsu" ASC üzrə abunəçilərin 53 faizi sayğacla təmin olunub.

Təhlillər göstərir ki, smart-kart tipli sayğaclar quraşdırıldıqdan sonra abunəçilərin su itkiləri azalaraq satış həcmi artıb, eyni zamanda, həmin abunəçilər üzrə ödəniş 100 faiz təmin olunub.

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına ön ödənişli sayğacların quraşdırılması "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti