...

EY Bakda “MHBS-da yeniliklər” mövzusunda seminar keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2013 10:47 (UTC +04:00)
10 dekabr 2013-cü il tarixində Hyatt Regency otelində EY şirkəti öz müştəriləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında (MHBS) son dəyişikliklər haqqında seminar təşkil etmişdir.
EY Bakda “MHBS-da yeniliklər” mövzusunda seminar keçirir

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

10 dekabr 2013-cü il tarixində Hyatt Regency otelində EY şirkəti öz müştəriləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında (MHBS) son dəyişikliklər haqqında seminar təşkil etmişdir. Seminarı Azərbaycanda fəaliyyət göstərən iri beynəlxalq və yerli şirkətlərin nümayəndələri üçün EY şirkətinin MHBS üzrə ixtisaslı mütəxəssisləri, EY Bakı ofisinin Audit üzrə direktoru Nərgiz Kərimova və EY Moskva ofisinin Audit üzrə meneceri Vadim Şelaginov keçirmişlər.

Təqdim olunan materiallar MHBS-lərə son vaxtlar qəbul edilmiş və 1 yanvar 2013-cü ildən qüvvəyə minmiş yeniliklərə həsr olunmuşdur. Bundan əlavə, bu dəyişikliklərin tətbiqinə dair göstərişlər verilmişdir. Seminar MHBS-ə aid olan aktual məsələləri də əhatə etmişdir.

Azər Babayev, EY Audit Partnyoru, iştirakçıları salamlayaraq qeyd etmişdir ki, bu seminar hər il təşkil olunur. İştirakçılar bir sıra mövzulara, xüsusilə 10 saylı "Konsolidasiya edilmiş maliyyə hesabatları" adlı MHBS-ə, 11 saylı "Birgə razılaşmalar" adlı MHBS-ə və 36 saylı "Aktivlərin dəyərsizləşməsi" adlı MUBS-a maraq göstərmişlər.

"2013-cü ildə konsolidasiyaya və ədalətli dəyərin ölçülməsinə dair yeni standartlar qüvvəyə minmişdir. Onların ilk dəfə tətbiqi müəyyən çətinliklər doğura bilər. Ümidvaram ki, iştirakçılar yeni standartları təcrübədə səmərəli tətbiq etməyə imkan yaradacaq məlumat əldə edə bilmişlər" Vadim Şelaginov demişdir.

"Bu günkü tədbir 1 yanvar 2013-cü il tarixindən qüvvədə olan MHBS-lərə mühüm dəyişikliklərin işıqlandırılması baxımından şirkətlər üçün çox vacibdir. Biz seminar iştirakçılarından çox müsbət rəylər aldıq və mən hesab edirəm ki, biz bu təşəbbüsü gələcəkdə bir ənənəyə çevirməliyik" Nərgiz Kərimova əlavə etmişdir.

Dilarə Əsədova, Paşa Həyat Sığortası, öz fikirləri ilə bölüşmüşdür: "Azərbaycanın iqtisadiyyatı digər inkişaf etmiş ölkələrlə müqayisədə daha sürətlə dəyişir. Digər ölkələrdə onilliklər tələb edən nailiyyətlər burada bir neçə il və hətta bir neçə ay ərzində əldə edilir. Eyni zamanda, inkişafın sürətinə baxmayaraq, nəticələrin keyfiyyəti də itirilməməlidir. Bu məsələdə əhəmiyyətli dəstəyi ölkədə fəaliyyət göstərən xarici şirkətlər təmin edir. Bu arada MHBS bu gün dünyada ən aktual iqtisadi problemlərdən biridir. Qlobal standartlara uyğunlaşmaq üçün Azərbaycan şirkətləri MHBS çərçivəsində də işləməlidirlər. Mən EY şirkətinə işgüzar tərəfdaşlarının inkişaf etdirilməsində fəal iştirakına və xüsusilə də 2013-cü il üzrə MHBS-lərdə texniki yeniliklərə dair 10 dekabr 2013-cü ildə keçirilmiş seminara görə minnətdarlığımı bildirmək istəyirəm. Qısa müddət ərzində seminar bütün aktual MHBS məsələlərini əhatə edə bilmişdir. Mən hesab edirəm ki, müxtəlif sahələrdən olan ekspertlərin belə görüşləri Azərbaycanda beynəlxalq standartların inkişafı üçün mühüm əhəmiyyət kəsb edir."

Kamalə Bağırova, Maliyyə və büdcə departamentinin müdiri, Bakcell Ltd, əlavə etmişdir: "Mən MHBS-lərdə yeniliklər haqqında seminarı MHBS əsasında hesabatlar hazırlayan maliyyə menecerləri və mütəxəssisləri üçün çox faydalı hesab edirəm. Adətən, gündəlik əməliyyatların böyük həcmi standartlardakı yenilikləri analiz edib onların maliyyə hesabatlarına potensial təsirini qiymətəndirməyə kifayət qədər vaxt qoymur. MHBS-lərdə yeniliklərə dair seminar bizə MHBS-lərdəki cari dəyişikliklərə strukturlaşdırılmış mənzərəni təqdim edən və maliyyə hesabatlarına təsiri analiz etməyə kömək edən yaxşı bir icmal olmuşdur."

EY bütün iştirakçıları seminarda görməyə şad olmuş və hamını vaxtlarına və diqqətlərinə görə təşəkkür edir!

EY haqqında

Universumun 2013-cü il üzrə "Dünyanın Ən Cəlbedici İşəgötürəni" sorğusuna uyğun olaraq EY dünyada peşəkar xidmətlər göstərən şirkətlər arasında ən cəlbedici işəgötürən olmuş və bütün işəgötürənlər arasında ikinci yer tutmuşdur.

EY audit, vergi və hüquq, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY bütün MDB-də müştərilərin ehtiyacalarına uyğun olaraq öz xidmət və resurslarını genişləndirir. Moskva, Sankt Peterburq, Bakı, Vladivostok, Almatı, Astana, Atırau, Kiyev, Donetsk, Daşkənd, Tbilisi və digər şəhərlərdə fəaliyyət göstərən 20 ofisdə 4,500 mütəxəssis çalışır.

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyəti üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti