...

Bakının tikinti materialları bazarında qiymət azalması noyabrda da davam edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2013 05:30 (UTC +04:00)
Bakının tikinti materialları bazarında ilin birinci rübündən başlayan qiymət azalması noyabrda da davam edib.
Bakının tikinti materialları bazarında qiymət azalması noyabrda da davam edib

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Bakının tikinti materialları bazarında ilin birinci rübündən başlayan qiymət azalması noyabrda da davam edib. Trend-in məlumatına görə, bu barədə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin yaydığı məlumatda deyilir.

2013-cü ilin noyabr ayında Birliyin monitorinq qrupu tərəfindən Bakı şəhərinin müxtəlif rayonları üzrə inşaat materialları bazarının əsas çəkisini təşkil edən 39 adda 92 növdə tikinti materialı üzrə növbəti araşdırma aparılıb.

Tikinti mövsümünün nisbətən bazar üçün xarakterik olan "soyuma" mərhələsinə keçməsi alıcı aktivliyinin azalmasına da təkan verib. Bazarın passivləşməsi fonunda qiymət azalmasının dərinləşməsi həm idxal, həm də ixrac materiallarında özünü göstərib. Ukrayna və Rusiyadan idxal edilən tikinti materialları arasında azalma, əsasən, dəmir məmulatlarında baş verib. Ötən ay tonu 800 manata satılan armaturun qiyməti noyabrda 1,25% azalaraq 790 manata çıxarılıb. Azalma dəmir boru, dəmir təbəqə, sinklənmiş dəmir və s. materiallar üçün də xarakterik olub. Yerli istehsalda da əsas qiymət azalması dəmir materiallarında qeydə alınıb. Alıcı qıtlığının azalması nəticəsində ilin sonunadək qiymətlərin bir qədər də düşəcəyi ehtimalı sahibkarlar tərəfindən istisna edilməyib.

Noyabr ayı bəzi tikinti materialları üzrə artımsız keçinməyib. Xüsusilə, qonşu ölkələrdən idxal edilən laminat-parket, tamet və kafel-metlax sahəsində qiymət artımı müşahidə edilib. Digər tikinti materiallarında baş verən dəyişikliklər cüzi artıb-azalma ilə müşahidə edilib.

Beləliklə, ümumilikdə ötən ay daha çox 17 adda, 32 növdə tikinti materialı üzrə qiymətlərdə azalma olub. 6 adda 11 növdə məhsul üzrə qiymət artımı müşahidə edilib. Nəticədə, araşdırılan materiallar üzrə qiymət dəyişməsi ümumilikdə 0,40% azalma təşkil edib. Qiymət azalması ilə yadda qalan bəzi tikinti materialları aşağıdakı cədvəldə qeyd olunub:

Materialın adı

Ölçü vahidi

Miqdarı

Oktyabr 2013

Qiymət fərqi (%)

Noyabr

2013

1

Armatur (Ukrayna)

ton

1

800,00

-1,25

790,00

2

Künyə, 25 mm (Bakı)

metr

1

0,92

-1,09

0,91

3

Şveller, 8 sm (Rusiya)

metr

1

4,80

-1,04

4,75

4

Dəmir boru (Rusiya)

metr

1

5,00

-2,00

4,90

5

Dəmir təbəqə, 2mm (Ukrayna)

ədəd

1

21,00

-4,76

20,00

6

Sinklənmiş təbəqə, 1x1,7 mm (Qazaxıstan)

ədəd

1

3,70

-2,70

3,60

7

Katinka, 6 mm (Rusiya)

ədəd

1

0,16

-6,25

0,15

8

Mismar, 40 mm< (Bakı)

Kq

1

1,50

-13,33

1,30

Qiymət artımı müşahidə edilən inşaat materiallarından bəziləri isə aşağıdakılardır:

Materialın adı

Ölçü vahidi

Miqdarı

Oktyabr

2013

Qiymət fərqi (%)

Noyabr

2013

1

Laminat-parket (Star-Rusiya)

kv.m

1

13,50

1,48

13,70

2

Tamet (Bakı)

kv.m

1

4,00

5,00

4,20

3

Kafel-metlax (İspaniya)

kv.m

1

12.40

0,8

12.50

4

Asma-tavan (İran)

kv.m

1

6,45

0,78

6,50

5

Dam örtüyü (Bakı)

kv.m

1

4,40

2,27

4,50

Noyabr ayı (169,5) ilə müqayisədə qiymət indeksi orta qiymətə müvafiq olaraq 0,7 bənd azalaraq 168,8 bənd səviyyəsində qərarlaşıb.

2013-cü ilin noyabr ayında bazarda müşahidə edilən orta qiymət oktyabr ayı ilə müqayisədə 0,40% azalma təşkil edib. Ötən rübün müvafiq dövrünə nisbətdə bu fərq 0,9%, ötən illə müqayisədə isə 7,5% azalma ilə müşahidə edilib. İlin əvvəlindən bu yana baş verən qiymət azalması ümumilikdə 4,4% həcmində qeydə alınıb.

Araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan məhsulların bazardakı həcmi ötən ayla müqayisədə idxal məhsullarını 1,09% üstələyərək 52,1% olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti