...

2013-cü ildə Azərbaycanda 910 mindən çox avtomobil icbari qaydada sığortalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2014 18:07 (UTC +04:00)
2013-cü ilin dekabr ayı ərzində 55,8 min avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə müqavilə bağlanıb ki, bunların 19,8 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.
2013-cü ildə Azərbaycanda 910 mindən çox avtomobil icbari qaydada sığortalanıb

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir A.Axundov/

2013-cü ilin dekabr ayı ərzində 55,8 min avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə müqavilə bağlanıb ki, bunların 19,8 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Trend-in İcbari Sığorta Bürosuna istinadən verdiyi məlumata görə, göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 3,9 milyon manatdan çox olub.

Ümumilikdə 2013-cü ilin yanvar-dekabr ayları ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" (AVSMMİS) üzrə 911,9 mindən çox sığorta müqaviləsi bağlanılıb ki, bu müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 69,3 milyon manat təşkil edib.

2012-ci illə müqayisədə AVSMMİS üzrə 2013-cü ildə sığorta müqavilələrinin sayında 0,5%, sığorta haqlarının məbləğində isə 3,6% azalma müşahidə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti