...

Azərbaycan gömrüyü 2013-cü il dövlət büdcəsinə ödənişlər üzrə proqnozu artıqlaması ilə yerinə yetirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2014 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir A.Axundov/

Dövlət Gömrük Komitəsi (DGK) 2013-cü ildə gömrük rüsumları və vergilərinin yığılması hesabına dövlət büdcəsinə 1 383,2 milyon manat vəsait köçürüb. Bu barədə Trend Komitənin rəsmi saytına istinadən məlumat verir.

Bununla da DGK 1,38 milyard manat həcmində müəyyən edilmiş 2013-cü il üzrə ödənişlər proqnozunu yerinə yetirib.

Dövlət Komitəsi dekabrda dövlət büdcəsinə 125,5 milyon manat köçürüb. Bu məbləğdən gömrük rüsumlarından daxilolmalar 41,4 milyon manat, idxal edilən mallların əlavə dəyər vergisi 75,63 milyon manat, aksizlər 7 milyon manat, yol vergisi isə 1,44 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti