...

Azərbaycan "Beynəlxalq Yaşıl Həftə" sərgisində 9 şirkətlə təmsil olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2014 17:47 (UTC +04:00)
Yanvarın 17-26-da Almaniya Federativ Respublikasının paytaxtı Berlində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi “Beynəlxalq Yaşıl Həftə - 2014” (“International Green Week - 2014”) sərgisi keçiriləcək.
Azərbaycan "Beynəlxalq Yaşıl Həftə" sərgisində 9 şirkətlə təmsil olunacaq

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Yanvarın 17-26-da Almaniya Federativ Respublikasının paytaxtı Berlində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə - 2014" ("International Green Week - 2014") sərgisi keçiriləcək.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Avropanın ən iri sərgisi hesab olunan "Beynəlxalq Yaşıl Həftə" 1926-cı ildən etibarən keçirilir. Hər il dünyanın 70-dən çox ölkəsindən 1500-dən çox müəssisənin və 5000-ə qədər media nümayəndəsinin iştirak etdiyi sərgi yüz minlərlə insan tərəfindən ziyarət olunur.

Bu il Azərbaycanın 7-ci dəfə iştirak edəcəyi sərgidə ölkəmiz aqrar-sənaye və turizm sahəsində fəaliyyət göstərən 9 şirkətlə təmsil olunacaq.

İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə sərginin Azərbaycan pavilyonunda ölkəmizdə istehsal olunan 100-dən çox çeşiddə kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş etdiriləcək. Bundan başqa, sərgi iştirakçılarına Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşürlər və disklər paylanacaq.

Sərginin Azərbaycana aid pavilionunda Naxçıvan Muxtar Respublikası üçün ayrılmış stenddə Naxçıvanda fəaliyyət göstərən şirkətlərin məhsulları nümayiş etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti