...

"Kapital Bank" nizamnamə kapitalını iki dəfəyə yaxın artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2014 20:08 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Kapital Bank" ASC-nin 70 milyon manat həcmində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Kapital Bank" nizamnamə kapitalını iki dəfəyə yaxın artırır

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir A.Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Kapital Bank" ASC-nin 70 milyon manat həcmində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in QKDK-ya istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 10 manat olan 7 milyon səhm buraxılacaq.

Emissiyanın yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 150 milyon manata çatacaq ki, bu da Azərbaycan Mərkəzi Bankının 2014-cü ilin sonuna bankların məcmu kapitalının minimum həcminə qarşı olan yeni tələblərini 3 dəfə üstələyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti