...

"Atasığorta" kapitalını təqribən 30 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2014 13:36 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Atasığorta" şirkətinin 2,4 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Atasığorta" kapitalını təqribən 30 faiz artırır

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir A.Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Atasığorta" şirkətinin 2,4 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakı Fond Birjasının (BFB) yaydığı xəbərdə deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 25 manat olan 96 min səhm buraxılacaq.

Sövdələşmənin anderrayteri qismində "BROKDİL-AZ" MMC çıxış edir.

Səhmlərin yerləşdirilməsi nəticəsində şirkətin nizamnamə kapitalı 10 milyon manata çatacaq ki, bu da Maliyyə Nazirliyinin sığorta şirkətlərinin məcmu kapitalına qarşı minimum tələblərini iki dəfə üstələyəcək.

Qeyd edək ki, Maliyyə Nazirliyi non-life sığorta növləri üzrə fəaliyyət göstərən sığortaçıların məcmu kapitalının minimum məbləğinə qarşı tələbini 5 milyon manat səviyyəsində saxlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti