...

Gürcüstan milli valyutanın simvolunu seçir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2014 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir E.Əliyev /

Gürcüstan Milli Bankı milli valyutanın - larinin nişanlanması üçün simvolun təyini üzrə müsabiqə çərçivəsində şort vərəqə təqdim edib. Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Bankının cümə axşamı yaydığı məlumatda deyilir.

Milli Bankın 12 nümayəndəsindən ibarət xüsusi olaraq yaradılan müvəqqəti komissiya, parlamentin Büdcə və maliyyə komitəsi, Heraldika üzrə Dövlət Şurası, eləcə də Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi, Təhsil və Elm Nazirliyi müsabiqəyə göndərilən 231 işdən beş ən yaxşısını müəyyən ediblər.

Gürcüstan Milli Bankı tərəfindən larinin simvolunun təyin edilməsi üzrə müsabiqə 2013-cü il dekabrın 27-də elan edilib. Müsabiqənin təşkilatçılarının sözlərinə görə, larinin simvolunun təqdimatı Gürcüstanda və xaricdə milli valyutanın populyarlaşmasına yardım edəcək, eləcə də onun imicini cəmiyyətdə yüksəldəcək.

Bankın məlumatında deyilir: "Qalibin birbaşa müəyyən edilməsi əvəzinə, komissiya ictimaiyyəti ən yaxşı işin seçimi üzrə prosedura cəlb etməyə üstünlük verib".

Bu məqsədlə bankın veb-saytında (www.nbg.gov.ge/vote) arzu edən hər kəsin iştirak edə biləcəyi xüsusi səsvermə keçirilir. Səsvermə proseduru martın 17-dək davam edəcək və komissiyaya yekun qərar qəbul etməkdə kömək edəcək. Səsvermədə hərə yalnız bir dəfə iştirak edə bilər.

Lari Gürcüstanın milli valyutası kimi 1995-ci ildə tətbiq edilib. Bir lari 100 tetridən ibarətdir. Hazırda bir, iki, beş, 10, 20, 50 tetri, bir və iki lari sikkələri, eləcə də bir, iki, beş, 10, 20, 50, 100 və 200 lari əsginasları rəsmi dövriyyədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti