...

"Diamond Motors" ilə "Mitsubishi Motors" arasında müqavilə yeniləndi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2014 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend/

"Mitsubishi"-nin Azərbaycan üzrə satışları 2013-cü ildə 26% artıb. Trend-in məlumatına görə, bunu brendin müstəsna idxalçısı və distribüteri olan "Diamond Motors" şirkətinin direktoru Zakir Kərimzadə bildirib.

"Mitsubishi Motors"-un Avropa, Yaxın Şərq və Afrika üzrə korporativ baş direktoru Tatsuya Kaji ilə "Diamond Motors" rəhbərinin imzaladığı müqavilə "Diamond Motors"-a növbəti illərdə də brendi təmsil etmək imkanı verib.

Azərbaycanda xüsusilə Pajero, ASX və L200 kimi modelləri bestsellerə çevrilmiş Mitsubishi-nin yenilikləri də avtomobil həvəskarları arasında maraqla qarşılanır. 2013-cü ildə bazara təqdim edilmiş tam yeni Outlander qısa bir zamanda müştərilərin rəğbətini qazanıb.

"Diamond Motors" şirkəti "Mitsubishi"-nin 2006-cı ildən bəri Azərbaycanda dileridir. 2013-cü ildən isə brendin müstəsna idxalçısı və distribüterinə çevrilib. Bakıda 3 "Mitsubishi" salonundan əlavə, "Diamond Motors" ötən il Lənkəran və Gəncədə də "Mitsubishi" salonları açaraq, müştərilərə regionlarda daha yüksək xidmət göstərilməsini təmin edib.

"Mitsubishi"-nin müstəsna idxalçısı və distribüteri olmaq bizə müştərilərimizə daha yüksək xidmət göstərmək imkanı verməklə yanaşı, həm də bu məşhur brend qarşısında daha məsuliyyətli edir" - Diamond Motors-un direktoru belə deyib.

Qeyd edək ki, "Mitsubishi"-nin müstəsna idxalçısı və distribüteri olmaqla, "Diamond Motors" avtomobillərə 3 il və ya 100000 km zəmanət verməklə yanaşı, təqdim etdiyi ehtiyat hissələri və servisə də 2 il zəmanət verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti